Makulatura
Жанры:
Вам понравится:
Описание:
Аудиокнига автора Чарльз Буковски. 🕓: 5 ч. 15 мин. 05 сек.. Чтец(ы) Mahir Mirişov. Относится к жанрам: Классическая проза, . Возрастное ограничение: 0+.
Выбрать книгу или серию книг, которые Вам обязательно понравятся, помогут разделы «Рейтингов»: Рейтинг Книг, Рейтинг Чтецов, Рейтинг Авторов, Рейтинг Жанров и Обзоров аудиокниг нашего сайта.
Аннотация:
Kabinetimdə oturmuşdum. İcarə pulunu ödəmək vaxtı çatmışdı. Buna görə də Makkelvi məni köçürməyə çalışırdı. İçəridə nəfəskəsən isti vardı. Kondisioner işləmirdi. Hardansa gəlib stolun üzərinə qonmuş milçək iməkləyə-iməkləyə gəzirdi. Əlimi yelləyib milçəyi ovcumla əzdim. Xatirə qoyub getdiyi cəsəd izlərini balağıma sürtüb təmizlədim. Elə bu anda telefon zırıldadı. Dəstəyi qaldırdım.
– Eşidirəm.
– Lui-Ferdinand Selinin əsərlərini oxumusunuz? – qadın soruşdu. Çılğın səsi vardı. Neçə illər idi, qadınlarla münasibətdə deyildim.
– Hmm-m, – dedim, – Selin…
– Mən Selini axtarıram, – qadın dedi. – O, mənə lazımdır.
Səsinin çılğınlığı ona olan marağımı artırdı.
– Selin? – mən soruşdum. – Onun haqqında nəsə bir məlumat verin. Xanım, susmayın, danışın görüm…
– Şalvarınızın miyançasını bağlayın.
Şalvarıma baxdım.
– Hardan bildiniz qabağı açıqdır? – soruşdum.
– İzahata ehtiyac duymuram. Mənə Selin lazımdır.
– O, ölüb axı…
– Xeyr, ölməyib. Onu tapın. Mənə lazımdır.
– Əgər yalnız meyidinə məxsus sümükləri tapsam, onda necə?
– Ay səfeh, gicləmə, Selin yaşayır.
– Harda yaşayır?
– Hollivudda. Qulağıma çatan məlumatlara görə, Red Koldovskiyə məxsus kitab mağazasının həndəvərində dolaşır.
– Elə isə, özünüz niyə tapmırsınız?
– Həmin adamın Selin olmasına əmin deyiləm. Heç olmasa, bunu bilmək lazımdır.
– Şəhərdə yüzlərlə dedektiv ola-ola, mənə niyə müraciət edirsiniz ki?
– Con Barton məsləhət gördü.
– Hə, Barton, deyirəm axı. Qulaq asın. Pulu qabaqcadan ödəməlisiniz. Sizinlə şəxsən görüşməliyəm.
– Bir neçə dəqiqədən sonra sizdə olacam, – o, dedi.
Dəstəyi asdı. Şalvarımın qabağını bağlayıb, onu gözlədim.
Реклама. ООО ЛИТРЕС, ИНN 7719571260, erid: 2VfnxyNkZrY